Cümə axşamı , Sentyabr 17 2026
azfa

İsraildən İran adlanan ölkənin bazalarına yeni hücum

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, İsrailin İnşaat naziri və Təhlükəsizlik komitəsinin üzvü Yoav Qalant deyib ki, İran adlanan ölkənin Suriyadakı hərbi varlığı tamamilə yox edilməlidir.

Yoav Qalant deyib: “İran imperialist terror dövlətidir. Bu ölkəni Suriyadan çıxarmaq üçün gözəl şans yaranıb və biz bundan istifadə etməliyik. Vaxt yetişmişkən hücum etməli və İranı öz şüşəsinin içinə soxmalıyıq”.

O, həmçinin bəzi qüvvələrin İsraillə Ərəb ölkələri arasında müharibə başlatmağa çalışdıqlarını vurğulayıb.

Qeyd edək ki, 10 mayda İsrail Suriya ərazisində İrana aid Qüds Briqadasının Qolan təpələrinə 20 raket atdığı haqqında məlumat yayıb. Məlumat sonradan Rusiya Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib. İsrail raketlərin hamısının Dəmir Günbəz vasitəsilə məhv edildiyini, buna cavab olaraq Suriyadakı İran obyektlərinə 28 qırıcının iştirakı ilə son illərin ən böyük əməliyyatının keçirildiyini açıqlayıb.

Əməliyyat zamanı İrana aid 35 hərbi obyektin vurulduğu bildirilmişdi.

Həmçinin yoxlayın

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …

ABŞ İran üzərində iqtisadi təzyiqi gücləndirmək üçün qlobal maliyyə qurumlarını bir araya gətirib

GADTB: ABŞ Maliyyə Nazirliyi beynəlxalq maliyyə qurumları ilə İran İslam Respublikasına qarşı “iqtisadi təcridetmə” əməliyyatının …

Bir cavab yazın