Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Albanlarda “Dövlət quşu” gələnəyi

GADTB: Xəzər Albaniyasının, tarixi türk ulusu olmasına dair N qədər sübutlar var və bu faktları saymaq bitməz. Saymaqla bitməz dediyimiz bu faktlardan biri də Dövlət Quşu Türk gələnəyidir. Məsəl üçün Azərbaycan Türkləri arasında belə bir məsəl var ki,《filankəsin başına dövlət quşu qondu, bəxtəvər başına》yəni bu xoşbəxtlik və var-dövlət kimi yozulur lakin bu deyim bir balaca həqiqiliyindən kənara çıxıb. Bəs bu dövlət quşu gələnəyi nədir və nə deməkdir ??? Həqiqət isə budur ki, əyər hər hansı bir türk ulusunda varisi olmayan elbəy ölərdisə, hakimiyyət uğrunda çəkişmələr olmasın deyə, dövlət quşunu qəfəsdən açıb buraxardılar, kimin başına qonardısa o da elbəy seçilərdi. Hər halda öntürk adəti belə idi və《filankəsin başına dövlət quşu qondu》deyimi də elə burdan yaranıb. Dövlət quşu gələnəyinin başqa bir mənası da vardı, bu o idi ki, bir çox Türk elbəyləri sikkə zərb etdirəndə öz rəsmlərini əlində qartal tutmuş bir vəziyyətdə təsvir edtirərdilər. Bu gələnəyin zəngirvari Skitlərdə(Sak), Hunlarda, Səlcuqlarda, Çingizxan Tatarlarında, Səvəfilərdə, Osmanlılarda, Elxanilərdə, Tatarlarda, Teymurilərdə və nəhayət Albanlarda olması Xəzər Albaniyasının bir Türk – Qıpçak Ulusu olduğunu inkaredilməz şəkildə sübut edir.

Paşa Əsədgil

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …