Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi Əbdüləziz Əzimi Qədimin həbs müddətini uzatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədiminin həbs müddətini daha bir ay uzadıb.

Yaxınlarının məlumatına görə, fəalın dindirilmə müddəti başa çatsa da, İranın Məhkəmə Sistemi onu zaminə buraxmaqdan imtina edib.

Bildirilib ki, ötən həftələrdə din xadimi Məhkəmə Sisteminin qanunsuz davranışlarına etiraz olaraq aclıq aksiyasına başlayıb və yalnız özbaşına əməllərə son veriləcəyi halda aksiyanı dayandıracağını vurğulamışdı.

Qeyd edək ki, Əbdüləziz Əzimi Qədim fevralın 6-da İran hökumətinin ETTELAAT qüvvələri tərəfindən Qərçək şəhərində həbs edilib və hazırda Evin zindanında saxlanılır.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …