Bazar , Sentyabr 20 2026
azfa

İran və Fransa Zəbgəzur dəhlizinə qarşı çıxır

GADTB: Regionda baş verən son proseslər onu göstərir ki, bəzi Qərb dövlətləri, eləcə də Fransa və İran Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün irrasional fəaliyyətlə məşğuldurlar.

Bu sözlər “TRT Haber”in yayımladığı məqalədə öz əksini tapıb.

Müəllif Sərtaç Aksan bölgə ilə bağlı araşdırma ortaya qoyub. Həmin araşdırmada xeyli önəmli məqamlar yer alıb.

Müəllif bildirir ki, xüsusən də Paris və Tehran terror qruplaşmalarını dəhlizə yerləşdirir, onları silah və pulla təmin edir:

“Zəngilandan başlayaraq Daşkəsənə qədər uzanan xəttə PKK terrorçuları da daxil olmaqla, 10 min silahlı yerləşdirilib. PKK/YPG terror təşkilatından başqa “Sasna Tsrer”, “Voma”, “Poqa”, “Nor Asala”, “Bever”, “Yerkrapa” kimi erməni terror qrupları da var.

Açıq mənbələrdə əksini tapan bəzi məlumatlarda Zəngəzur dəhlizinə yerləşdirilən bu terrorçulara gündə 12 dollar maaş verildiyi və bunun Fransa, o cümlədən erməni diasporu tərəfindən ödənildiyi iddia edilir. Bundan başqa, təhlükəsizlik mənbələri Ermənistan – Azərbaycan sərhəd xəttində və Zəngəzur bölgəsində yerləşdirilən terrorçu qrupların PKK terror təşkilatı tərəfindən ciddi şəkildə dəstəkləndiyini bildirir”.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …