Bazar , Sentyabr 20 2026
azfa

Qıbrıs prezidenti ABŞ səfərindən əvvəl açıqlama yaydı

GADTB: Şimali Kipr Türk Respublikasının (ŞKTR) prezidenti Ersin Tatar qıbrız türk tərəfinin suveren bərabərliyi və milli status tələbindən geri addım atmayacaqlarını bildirib.

Amerika Birləşmiş Ştatlarına səfərindən əvvəl mətbuat konfransı keçirən E.Tatar Vaşinqton görüşlərilə bağlı açıqlama verərək deyib: “Aprelin 5-də Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə görüşüm olacaq. Şimali Kipr Türk Respublikasının 3 ildir apardığı siyasətdən geri dönüş olmayacağını bəyan edəcəyəm. Yunanıstan tərəfi ilə ortaq məxrəcə gələ bilmədiyimizi deyəcəyəm. Türkiyə bizim yeni siyasətimizin tamamilə arxasındadır. Əgər Kiprdə razılaşma olacaqsa, mütləq bizim suveren bərabərliyimiz və bərabər statusumuzun təsdiqi ilə danışıqlar prosesi başlamalıdır. Bizim siyasətimiz aydın və açıqdır.

Qıbrız türk xalqına tətbiq edilən təcrid, embarqo və məhdudiyyətlər aradan qaldırılmalıdır.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …