Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına müsahibəsində İranın nüvə proqramı barədə danışıb.

Qrossi deyib: “İran nüvə danışıqlarının uğursuzluğundan sonra nüvə silahı yaratmağa çox yaxınlaşıb. Hələ atom bombasına malik olmayan ölkələr uranı 60%-ə qədər zənginləşdirməyib. İran nüvə silahı istehsal etmək üçün lazım olduğundan daha çox zənginləşdirilmiş uran istehsal edib”.

Rafael Qrossinin sözlərinə görə, nüvə silahı üçün 90% zəngiləşdirilmiş uran lazımdır, ancaq texniki baxımdan 60% də bu göstərici ilə eynidir.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan gömrüyündə terrorçu kürdlərin maliyyə korrupsiyası

GADTB: Qərbi Azərbaycanda bəzi vəzifəli şəxslərlə kürdlər arasında qeyri-şəffaf maliyyə və ticarət əlaqələrinin mövcudluğuna dair …

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

GADTB: Bu gün – noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş Günüdür. Bayram 1988-ci ilin noyabr-dekabrında Bakıda …