Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən Taleh Yusifovun (Hacı Tağı) ölümü ilə bağlı tədbir keçirilib.

İranda gizlənərək Azərbaycana qarşı təxribat fəaliyyətləri həyata keçirən “Hüseyniyyun” terror təşkilatına bağlı “Azərbaycan Araşdırmaları Mərkəzi”nin “Telegram” kanalı xəbər verir ki, iki gün öncə Bakıdakı həbsxanada dünyasını dəyişən “Hüseyniyyun” terror təşkilatının üzvü, Suriyada SEPAH-ın Qüds qanadının keçmiş komandanı Qasım Süleymani ilə birgə döyüşmüş Tale Yusifova Qum şəhərində üç mərasimi təşkil edilib.

Tədbirdə Azərbaycan Respublikasında axtarışda olan və SEPAH-a sığınanlar, iranlı mollalar və SEPAH üzvləri iştirak ediblər.

Çıxışçılar Azərbaycan Respublikasına qarşı ənənəvi fikirlər səsləndirib.

Qeyd edək ki, terrorçu fəaliyyətinə görə beynəlxalq axtarışda olan Taleh Yusifov Suriyadan Rusiyaya gedib, 2022-ci ildə isə Azərbaycan Respublikasına ekstradisiya edilib.

O, aprelin 22-də İran və Suriyada olduğu zamanlar davamlı istifadə etdiyi narkotik maddələrin fəsadlarından irəli gələn xəstəlik səbəbindən həbsxanada ölüb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə rəsmi dəvətlə GAMOH-un qurultayına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə Sidneydə festival keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk Assosiasiyası, Azərbaycan …