Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı Dədə Qorqudşünas dünyasını dəyişib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Salmas şəhərindən olan mədəniyyət xadimi və Dədə Qorqudşünas alim Hüseyn Pənahi dünyasını dəyişib.

Türkiyədən əczaçılıq üzrə məzun olan Pənahinin “Dədə Qorqud və ədəbiyyat dünyamız” adlı əsəri azərbaycanlı gənclərin milli kimlik və türk mədəniyyəti ilə tanışlığında əhəmiyyətli rol oynayıb.

Pənahi həmin kitabı Salmas şəhərində təsis edilən “Azərbaycan Mədəniyyət Evində” tədris edib.

2006-cı ilin etiraz aksiyalarında həbs edilən Hüseyn Pənahi ettelaat iDAR’SININ təcridxanasında işgəncə edildiyi zaman infarkt keçirib.

Azərbaycanlı mədəniyyət xadimi həmin vaxtdan ürək çatışmazlığı ilə mübarizə aparıb və nəhayət həmin xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Hüseyn Pənahinin fəaliyyət göstərdiyi “Salmas Mədəniyyət Evi” 2015-ci ildə Salmas şəhərinin fərmandarlığının icazəsi ilə təsis edilib.

Burada Azərbaycan ədəbiyyatı, türk dili və mədəniyyəti tədris olunub, müxtəlıif seminarlar keçirilib.

Bir qrup mədəniyyət xadimi tərəfindən təsis edilən qurum qurulduğu gündən SEPAH və ETTELAAT qüvvələrinin təzyiqləri ilə qarşılaşıb, təsisçiləri saxlanılıb, işgəncə edilib və nəhayət “Azərbaycan Mədəniyyət Evi”nin fəaliyyət icazəsi ləğv edilib.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …