Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı fəalın son məhkəmə iclası keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Güney Azərbaycan Milli Hərəkatının fəallarından Vədud Əsədi və Salar Tahir Əfşarı mühakimə edib.

Azərbaycanlı fəallar barələrində irəli sürülən ittihamlara qarşı son müdafiə çıxışlarını ediblər.

Məlumata görə, iclas Tehran İnqilab Məhkəməsinin 15-ci bölməsində keçirildi. Bildirilib ki, məhkəmə iclasına xüsusi qəddarlığı ilə seçilən hakim Əbulqasım Səlavati sədrlik edib.

Qeyd edək ki, məhkəmədə azərbaycanlı milli fəallara qarşı irəli sürülən “ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı toplaşma və sövdələşmə” ittihamına baxılıb.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …