Bazar , Yanvar 24 2021
azfa

Abbas Lisaniyə hələ də ailəsi ilə telefon əlaqəsinə icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  İnsan Haqları Cəmiyyəti “Ərk” bildirib ki, Abbas Lisaniyə hələ də ailəsi ilə telefon əlaqəsinə icazə verilmədiyi üçün BMT-nin İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisinə şikayət edib.

Azərbaycan İnsan Haqları Cəmiyyətinin “Ərk” rəisi Jaleə Təbrizi 24 noyabrda insan haqları təşkilatının azərbaycanlı siyasi məhbus Abbas Lisaninin hüquqlarının pozulması və onun telefon əlaqəsi saxlamaqdan məhrum edilməsi ilə bağlı BMT-nin İran üzrə Xüsusi Məruzəçisi professor Cavid Rəhmana şikayət etdiklərini deyib.

Qeyd edək ki, rejimin Ərdəbildə yerləşən zindanının 7-ci bölməsində saxlanılan siyasi məhbus Abbas Lisaninin Qarabağın azadlıq müharibəsi ilə əlaqədar noyabrın 13-dən bəri telefon əlaqəsi saxlamaq və ailəsi ilə görüşməsi qadağan edilib.

Abbas Lisani qadağalara etiraz olaraq noyabrın 20-də bölmənin gözətçisinin otağı qarşısında 5 saat oturaq aksiya keçirərək, özünə qarşı qəbul edilmiş son məhdudiyyətlərə etiraz edərək, zindan məsullarının bununla bağlı cavab verməsini istəmişdi.

Zindanın rəisi nəhayət ona bildirib ki, qadağalar Ərdəbil Prokuroru Abdullah Təbatəbai tərəfindən qoyulub və onlar bunu poza bilmirlər.

Həmçinin yoxlayın

Rusiyada etiraz və toqquşmalar davam edir, həbslər var – Canlı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, müstəmləkə Rusiyada Aleksey Navalnının azad edilməsi tələbi ilə …

Türkiyə yeni silahını ordunun istifadəsinə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin BMC şirkəti tərəfindən yerli ve milli imkanlarla …

Bir cavab yazın