Cümə , Oktyabr 23 2026
azfa
Qaynar xəbər

Tramp İrana hücum ehtimalıba görə İsrail ordusunu hazır vəziyyətə gətirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsrail hökuməti Prezident Donald Trampın səlahiyyət müddəti bitmədən öncə ABŞ-ın İrana zərbə endirəcəyi ehtimalına görə orduya yüksək hazırlıq əmri verib.

Bu barədə “Valla Nyus” nəşri məlumat yayıb.

Zərbənin birbaşa və ya Suriya, Livan və Qəzzadakı İran tərəfdarı qruplara endirilə biləcəyi ehtimal olunur.

Qeyd edək ki, daha öncə “Nyu York Tayms” ABŞ Prezidenti Donald Trampın prezidentliyinin son həftələrində İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırdığını, lakin məsləhətçilərinin tövsiyəsi ilə bu addımdan daşındığını yazmışdı.

Həmçinin yoxlayın

Tehran yeraltı obyektlərində raket və dron istehsalını bərpa edib

GADTB: Molla rejimi yeraltı obyektlərdə raket və pilotsuz uçuş aparatlarının (PUA) istehsalını bərpa edib. Bəzi …

Molla rejimi məcburi hicaba qarşı çıxanları sıxışdırdığı və milyonlarla türkün ana dilində təhsil hüququnu məhdudlaşdırdığı halda, Azərbaycan Respublikasından hicablı qızları universitetlərində təhsil almağa dəvət edir – Video

GADTB: İranın elm naziri video paylaşaraq Azərbaycan Respublikasından hicablı qızları İran universitetlərində təhsil almağa dəvət …

Bir cavab yazın