Cümə , Yanvar 3 2025
azfa

ABŞ Avropanın irqçi fars rejimlə iqtisadi əlaqələrinə ciddi etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin nüvə proqramı üzrə Müştərək Əhatəli Plana (MƏP) dair Vyana görüşündən sonra Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Helqa Şmid adıçəkilən ölkə ilə İNSTEX (İnstrument in Support of Trade Exchanges – Ticarət mübadilələrinə dəstək aləti) ödəmələr mexanizminin işə salındığını, artıq ilk köçürmələrin icra olunduğunu bildirib.

H.Şmid Tvitter səhifəsində MƏP birgə komissiyasının Vyana iclasında səmərəli müzakirələr aparıldığını, habelə Ərək və Fordou layihələrinə dair irəliləyiş əldə olunduğunu qeyd edib: “Bütün iştirakçılar tərəfindən İran razılaşmasının tam və səmərəli yerinə yetirilməsi başlıca vəzifə olaraq qalır”.

Lakin ABŞ irqçi fars rejimin neft ixracına tam sanksiya tətbiq etdiyini və Avropanın ABŞ və İran arasında birini seçməli olduğunu ciddi şəkildə açıqladı.

Xatırladaq ki, bundan əvvəl ABŞ-ın İranla bağlı xüsusi nümayəndəsi Brayan Huk İrandan xam neft ixal edən hər bir ölkəyə qarşı sanksiya tətbiq edəcəklərini açıqlamışdı.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın