Bazar ertəsi , Yanvar 17 2022
azfa

ABŞ Çin düşərgələrində müsəlman uyğur qadınlarına təcvüz aktlarını pisləyib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ hakimiyyəti növbəti dəfə Çin Xalq Respublikasının Şərqi Türküstanda müsəlman uyğurların vəziyyəti, xüsusi halda qadınların sistematik zorlanmaları və seksual təhqirlərə məruz qalmaları ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə TASS-a ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

“Biz Sinszyanda (Şərqi Türküstanda) etnik uyğurlar və başqa müsəlmanlar üçün düşərgələrdə qadınların sistematik zorlanmaları və seksual təhqirləri haqqında xəbərlərdən çox narahatıq. Çin Xalq Respublikasının hakimiyyəti beynəlxalq müşahidəçilərə şokedici iddialarla, həmçinin Sinzyandakı digər vəhşilikləri əlaqədar təcili və müstəqil araşdırmaların aparılmasına icazə verməlidir”, – ABŞ Dövlət Departamentinin nümayəndəsi deyib.

“Bu zorakılıqlar şoka salır və ciddi fəsadlara səbəb olmalıdır. Biz ardıcıl olaraq müttəfiqlər və partnyorlarla birlikdə bu qəddarlığı pisləyəcəyik, təqsirkarların məsuliyyətə cəlb edilməsi və gələcəkdə sui-istifadələrin qarşısının alınması üçün müvafiq vasitələri nəzərdən keçirəcəyik”, – ABŞ-ın xarici siyasət idarəsinin nümayəndəsi bildirib.

Daha əvvəl BBC Çinin Sinzyan-Uyğur muxtar əyalətinin (Şərqi Türküstan) islah düşərgələrində qadınların zorlanmalara, seksual təhqirlərə və işgəncələrə məruz qalmaları barədə material dərc edib.

Yanvarın 19-da isə ABŞ hakimiyyəti bildirib ki, Çinin Sinszyan-Uyğur muxtar vilayətindəki hərəkətlərini soyqırım və insanlıq əleyhinə cinayətlər hesab edir.

“Əlçatan faktların dəqiq öyrənilməsindən sonra mən bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası ən azı 2017-ci ilin martında Sinzyanda insanlığa qarşı cinayətlər törədib. Bundan başqa, bu nəticəyə gəldim ki, Çin Xalq Respublikası orada soyqırım həyata keçirib”, – ABŞ-ın sabiq dövlət katibi Maykl Pompeonun bəyanatında bildirilib.

Həmçinin yoxlayın

İranın qərbində 50-dən çox şəhərdə davamlı partlayış səsləri; İsrailmi hücum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanvarın 15-i, şənbə günü axşam saatlarında İranın qərb …

Türkiyənin Mosuldakı hərbi bazası raket atəşinə tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin şimal-şərqindəki Zlikandakı türk hərbi bazası …