ABŞ etirazçıları qətliam edən terrorçu sepah rəsmisinə sanksiya tətbiq edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Xamneinin göstərişini icra edib dinc nümayişçiləri qətliam edən daha bir sepah rəsmisinə sanksiya tətbiq etdi. Terrorçu sepahın Ələhvaz bölməsi komandiri Həsən Şahvarpur Mahşəhrdə etirazçıların öldürülməsinə görə sanksiya siyahısına daxil edilib.

ABŞ Xarici İşlər Nazirliyinin İran üzrə nümayəndəsi Brayn Hukun yaydığı məlumata görə, sepahın Ələhvaz bölməsinin komandirinə viza sanksiyası tətbiq olunub.

O, noyabr etirazlarında sepah tərəfindən qətllərin törədilməsini insan haqlarının pozulması kimi dəyərləndirib və Həsən Şahvarpurun buna görə sanksiya siyahısına daxil edildiyini deyib:

“ABŞ noyabr etirazlarında Mahşəhrdə baş verənlərlə bağlı olaraq komandir Həsən Şahvarpura viza sanksiyası qoyur”.

Həmçinin yoxlayın

İran və ABŞ arasında yenidən hərbi qarşıdurma ehtimalı artır

GADTB: ABŞ prezidenti Donald Trump-ın İranın yeni təklifindən narazı olduğunu bildirməsindən bir neçə saat sonra, …

Tramp İranın Hörmüz boğazının açılması təklifini rədd edib

GADTB: İran ABŞ-a Hörmüz boğazının açılması və blokadanın dayandırılmasını nəzərdə tutan təklif təqdim edib. Reuters-in …

Bir cavab yazın