GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın cüzi sanksiyaları üzündən iqtisadiyyatı iflic olan işğalçı və irqçi fars rejimin SEPAH-ı Ağ Evə hədə-qorxu gəlir.
Rejimin İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin rəhbəri Əmirəli Hacızadə deyib ki, İran ABŞ-ın hərbi bazalarına zərbə endirə bilər.
Onun sözlərinə görə, ABŞ-ın Əfqanıstan, BƏƏ, Qətərdəki bazaları, o cümlədən Fars körfəzindəki təyyarədaşıyan gəmiləri İran raketlərinin hədəfində yerləşir.
O, ABŞ-ın İrana qarşı addım atacağı halda onlara zərbə endiriləcəyini bildirib. Hacızadə həmçinin SEPAH-ın öz raketlərinin dəqiqliyini artırdığını vurğulayıb.