Bazar , Noyabr 15 2026
azfa

ABŞ-ın İrana qarşı planları

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, ABŞ İran əleyhinə beynəlxalq koalisiya yaratmaq niyyətindədir. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib. 

“İrana qarşı və onların (İran hakimiyyətinin –red.) etdiklərinin qarşısını almaq üçün koalisiya yaratmağımızın şahidi olacaqsınız”, – deyə N.Heyli Vaşinqtonda keçirilən mətbuat konfransında bildirib.

N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda, terrorizmi dəstəkləməkdə və bölgədə “aqressiv davranış” nümayiş etdirməkdə  ittiham edib.

N.Heyli mətbuat konfransında bildirib ki, “hamının diqqəti nüvə sazişindədir, İran isə onun arxasında gizlənərək, daim sazişdən çıxacağı ilə hədələyir”.

N.Heyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edən BMT TŞ-in qətnamələrini pozmaqda ittiham edib.

“Nüvə sazişi vacibdir, lakin BMT TŞ-in qərarları da mühümdür”, – deyə o qeyd edib.

 

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın