Cümə , Oktyabr 9 2026
azfa

Türkiyə Ermənistanın yalan iddialarına sərt reaksiya verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın iki ölkə arasında münasibətlərlə bağlı açıqlamasına cavab verib.

Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, Nalbandyanın dekabrın 13-də Afinada verdiyi açıqlamada iki ölkə arasında 2009-cu ildə İsveçrənin Sürih şəhərində imzalanmış protokollarla bağlı fikirləri əsassızdır və beynəlxalq ictimaiyyəti yanıltmağa yönəlib.

Bəyanatda Nalbandyanın uydurma “erməni soyqırımı” barədə iddialarının da həqiqətdən uzaq olduğu vurğulanıb: “Ermənistandan gözləntimiz mübahisəli tarixi mövzuları kənara qoyub, yaxın tarixin ən önəmli insanlıq cinayətlərindən biri olan Xocalı qətliamının hesabını verməsidir”.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …

Bir cavab yazın