
GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” və bu istiqamətdə əsas çətinlik xalqın silahlanmamış olmasıdır.
O əlavə edib: “Bəlkə də insanların daha hazırlıqlı olması, silahlanması və həmin vaxta qədər zəifləyəcək İran hökumətinə qarşı həqiqətən müqavimət göstərə bilməsi üçün bir yol tapmaq mümkündür.”
Hakabi deyib ki, ABŞ və İsrailin həyata keçirdiyi tədbirlər nəticəsində İran “son 47 il yarım ərzində ən zəif vəziyyətindədir” və ölkə iqtisadi və hərbi baxımdan gündən-günə zəifləyir.
Hakabi “Media Line”a verdiyi son müsahibəsində deyib: “Bu vəziyyət rejim dəyişikliyinə gətirib çıxaracaqmı? Biz yalnız buna ümid edə bilərik. Lakin şübhəsiz ki, bu vəziyyət İranı çıxılmaz vəziyyətə gətirib çıxaracaq.”
Hakabi həmçinin bildirib ki, İran Livan Hizbullahını maliyyə və silahla təmin etməyə davam etmək imkanına malik olduğu müddətdə bu qruplaşma fəaliyyətini davam etdirəcək. O, İranın zəiflədilməsinin əhəmiyyətli olmasının səbəblərindən biri kimi məhz bunu göstərib.
ABŞ-ın İsraildəki səfiri əlavə edib ki, İsrail Səudiyyə Ərəbistanı ilə təhlükəsizlik sazişi imzalamaqda və Ər-Riyadın İbrahim sazişlərinə qoşulmasında çox maraqlıdır. Bu sazişlər İslam ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur.
O bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri bu sazişlərə qoşulmaqdan fayda əldə edib və ölkə iqtisadiyyatı yaxşılaşıb.
İran ötən ilin Dey ayında, xüsusilə Dey ayının 18-i və 19-u gecələrində ölkə miqyasında geniş etirazların şahidi olub. Bu etirazlar qanlı qırğınla nəticələnib. Ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər açıqlanıb.
İran hökuməti həmin iki gecə ərzində 3 mindən çox şəxsin öldürüldüyünü açıqlayıb. ABŞ rəsmiləri isə bu rəqəmi təxminən 40 min nəfər olaraq qiymətləndiriblər.
ABŞ Prezidenti Donald Tramp İrana hücumların başladığı gün iranlılara müraciət edərək demişdi: “Biz işimizi başa çatdırdıqdan sonra hakimiyyətinizi öz əlinizə alın.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi