ABŞ İran adlanan ölkəyə son şans verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, əgər İran nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Bunu jurnalistlərə açıqlamasında ABŞ vitse-prezidenti Maykl Pens söyləyib.

“Ağ Ev indiyə qədər İrana münasibətdə yenidən məhdudlaşdırıcı tədbirlərə yönəlməkdən çəkinib. Bununla da biz nüvə razılaşması ətrafında yaranan fikir ayrılığını həll etməyə çalışmışıq. Bu, onların son şansıdır. Əgər İran nüvə razılaşmasına yaxın zamanlarda baxılmasa, rəsmi Vaşinqton ondan çıxacaq. Vaşinqton heç bir zaman imkan verməyəcək ki, İran nüvə silahına sahib olsun” – deyə o bildirib.

Digər tərəfdən isə İran və Şimali Koreyaya təcili zərbə endirməyin lazımlı olduğu gündəmə gəlib. ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan vitse-admiralı Robert Monro söyləyib ki, bir neçə ay sonra Şimali Koreya effektiv termonüvə silahına və ABŞ-ı vura biləcək qitələrarası ballistik raketə sahib olacaq.

“Pxenyan bu raketlərini aqressor ölkələrə və terrorçulara verəcək. Bu satış kifayət edəcək ki, bir neçə şəhəri məhv edə biləsən. Dünyada xaos başlayacaq. Planet şəhərləri radioaktiv tullantılarla dolacaq. Bunun qarşısını almaq üçün yeganə yol ABŞ-ın qeyri-nüvə silahlarının Şimali Koreyanın nüvə silahlarını tam məhv etməsidir. Son ultimatumunuzu verin və dərhal zərbə endirin. İşıqlarını kəsin, bütün kommunikasiya imkanlarını sıradan çıxarın. Eyni modeli İrana qarşı da tətbiq edin. Bir neçə il ərzində İran nüvə raketlərinə sahib olacaq. Bu raketlər Hizbullah, HƏMAS, husilərə veriləcək və nəticədə böyük şəhərlər yox olacaq”, – deyə o bildirib.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın