Bazar ertəsi , Fevral 9 2026
azfa

ABŞ İran adlanan ölkəyə və diktatorların himayəçisi Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, ABŞ İran adlanan ölkəyə və diktatorların himayəçisi Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır.

Tramp administrasiyası Suriyada fəaliyyətlə bağlı yeni strategiya hazırlayır. Bu məlumatı NBC televiziyası yayıb.

Məlumata görə, yeni strategiya əsasında Rusiya və İran şirkətlərinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub. Bununla ABŞ İran və Rusiya kontingentlərinin olduğu rayonların bərpasına maliyyə maneələri yaratmağa çalışacaq.

Qeyd edək ki, ABŞ bundan öncə İranın 20 şirkət və bankına qarşı sanksiyalar tətbiq edib. Vaşinqton bu şirkətləri Bəsicə dəstəkdə ittiham edib.

Həmçinin yoxlayın

Etirazların yatırılması zamanı azı 200 şagirdi öldürülüb

GADTB: İran Müəllimlərin Peşəkar Birlikləri Koordinasiya Şurası yaydığı bəyanatda İran üzrə kütləvi etirazların qanlı şəkildə …

SEPAH-a bağlı müəllim Azərbaycan Ordusunun Güney Azərbaycana hücum edəcəyini iddia edir

GADTB: SEPAH-la bağlı universitet müəllimi bu dəfə Güney Azərbaycanı hədəf aldı və etirazlar davam edərsə, …

Bir cavab yazın