Cümə , Aprel 26 2024
azfa

İrqçiliyin son həddi: fars rejim 40 milyon türk üçün bir türk naziri də çox görür

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim irqçiliyi o həddə çatdırıb ki, əhalinin yarısının türklərdən ibarət olmasına baxmayaraq, azərbaycanlı millət vəkillərinin nazirlərdən birinin türklərdən seçilməsinə dair təklifinə də məhəl qoymur. Bu isə Azərbaycana qarşı irqçilik və müstəmləkə siyasətinin son həddidir.

Təbriz, Tufarqan və Üskünün məclisdəki millət vəkili Zəhra Sai oktyabrın 16-da deyib ki, Azərbaycan əhalisi Nazirlər Kanibetində türkləri görmək istədiyir.

Zəhra Sai deyib: “Azərbaycan əhalisinin tələblərindən biri Nazirlər Kabineti üçün türk namizədlərin prezident tərəfindən parlamentə təklif olunmasıdır. Prezident bu məsələyə diqqət yetirməlidir. Bu bölgədə çoxlu qabliyyətli və bacarıqlı insanlar var, prezident özü də onları yaxşı tanıyır. Həmin şəxlər nazir postunda fəaliyyət göstərə bilərlər. Hesab eliyirəm ki, hər iki seçkidə Həsən Ruhaniyə dəstək verən Azərbaycan əhalisinin bu tələbi təmin olunmalıdır”.

Zəhra Sai həmçinin Ruhanini qadın nazir təyin etməyə də səsləyib. O bildirib ki, nazir postları üçün prezident tərəfindən parlamentə təqdim olunacaq namizədlər arasında ən azı bir qadın namizəd görmək istəyirik. Lakin ehtimal olunan namizədlər arasında bu məsələnin nəzərdə tutulmadığı görünür.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın