GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo İsrail Baş naziri Benyamin Netanyahu ilə Braziliyada görüşü zamanı deyib ki, ABŞ İŞİD terror qruplaşması və İran təcavüzü ilə mübarizəni davam etdirəcək.
Mayk Pompeo görüş zamanı deyib: “Biz İŞİD və İran təcavüzü ilə mübarizəni davam etdirəcəyik. Qoşunlarımızın Suriyadan çıxması ABŞ-ın İsrail qarşısındakı öhdəliyinə ziyan vurmayacaq”.