Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

ABŞ İran rəsmilərinin bu ölkəyə girişinə qadağa qoydu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ prezidenti Donald Tramp çərşənbə günü İranın yüksək vəzifəli rəsmilərinin və onların birinci dərəcəli yaxınlarının Birləşmiş Ştatlara girişinin dayandırılması və məhdudlaşdırılması haqqında fərman imzalayıb.

Fərmanın verilməsi hazırda İran prezidentinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclasında iştirakı çərçivəsində xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil olmaqla İran rəsmilərindən ibarət nümayəndə heyətinin müşayiət ilə bu ölkədə səfərdə olması ilə bir vaxta təsadüf edir.

Ağ Evin saytında dərc olunan açıqlamada Donald Tramp İran hökumətini terrorizmi dəstəkləməkdə və ABŞ vətəndaşlarını həbs etməkdə günahlandırıb.

ABŞ prezidentinin verdiyi açıqlamada deyilir: “İran hökuməti terrorizmi maliyyələşdirdiyi bir dövlətdir və İslam İnqilabının Keşikçiləri Korpusu, o cümlədən təşkilatın Qüds qanadı terroru dəstəkləyir və terror aktlarında birbaşa iştirak edir”.

Açıqlamada Donald Tramp humanitar böhranlarda, qonşularına qarşı təhdidlərdə, beynəlxalq gəmiçilik nəqliyyatının təhdid edilməsində və kiberhücumlarda İran hökumətinin rolunu vurğulayaraq deyib ki, İranın yüksək vəzifəli rəsmilərinin və onların birinci dərəcəli qohumlarının mühacir və ya qeyri-immiqrant kimi Amerikaya girişinə qoyulan məhdudiyyətləri Birləşmiş Ştatların maraqlarına xidmət etdiyini hesab edirəm.

O qeyd edib: ” Fərmanın 1-ci bənddə göstərilən şəxslərin ABŞ-a miqrant və qeyri-miqrant kimi daxil olmasını, müəyyən edilən hallar istisna olmaqla, ABŞ-ın maraqlarına zidd hesab edirəm və buna görə də onların ölkəyə girişinə məhdudiyyət və istisnalar tətbiq edilir”.

Prezidentin fərmanının 1-ci bəndində deyilir: “Aşağıdakı şəxslərin miqrant və ya qeyri-miqrant kimi Birləşmiş Ştatlara girişi dayandırılır:

A) İran hökumətinin yüksək vəzifəli şəxsləri;

B) yüksək səviyyəli İran rəsmilərinin birinci dərəcəli qohumları”.

Fərmanın 4-cü bəndinə əsasən, qaydalar Amerikada daimi yaşayış hüququ olan şəxslər (Green card), siyasi qaçqın və ya mühacir kimi qəbul edilən şəxslərə şamil edilmir.

Fərmanda habelə vurğulanır ki, ABŞ-a girişinə məhdudiyyət qoyulmuş şəxslər yalnız ABŞ dövlət katibinin rəyi ilə ölkəyə girə bilər.

5-ci bənddə deyilir ki, Dövlət katibi fərmanınn nə vaxtadək tamamilə və ya qismən icra ediləcəyini müəyyənləşdirəcək.

Elə həmin gün Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransında, İran və Venesueladakı iki diktator rejimi cəzalandırmaq istiqamətində hər iki hökumətin yüksək vəzifəli şəxslərinin və onlarının  birinci dərəcəli qohumlarının Amerikaya girişini dayandırdığımı bildirib.

Həmçinin yoxlayın

Vaynet: İqtisadi böhran və tərəfdarlar arasındakı narazılıq İran İslam Respublikasını təzyiq altında saxlayır

GADTB: İsrailin “Vaynet” xəbər saytı yayımladığı təhlildə İran İslam Respublikasının ən mürəkkəb böhranlarından biri ilə …

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Bir cavab yazın