Bazar ertəsi , Sentyabr 28 2026
azfa

Azərbaycanlı fəal Pərisa Rəfiiyə 7 il həbs və 74 şallaq cəzası təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Tehranda yerləşən Apellyasiya Məhkəməsi Pərisa Rəfiiyə qarşı ilkin məhkəmədə çıxarılan hökmü qüvvədə saxladı.

Rəfii 2018-ci il fevralın 25-də İranda dekabr/yanvar aylarında baş qaldıran etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilmişdi.

Bundan əvvəl rejimin Tehranda yerləşən İnqilab Məhkəməsi Rəfiini 7 il həbs və 74 şallaq cəzasına məhkum etmişdi. Onun həmçinin 2 il ölkədən çıxma və partiyalara üzv olmasına qadağa tətbiq edilmişdi.

Siyasi fəallıq nümayiş etdirən Rəfii dekabr/yanvar aylarında baş qaldıran etiraz aksiyalarında iştirak etdiyinə görə həbs edilmişdi.

Həmin xəbərə əsasən, Pərisa Rəfiinin məhkəməsi iyulun 2-də keçiriləcəyi ilə bağlı məlumatlandırılsa da, ona Tehran vilayətinin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsinə müraciəti zamanı məhkəmənin keçirilməyəcəyi və hökmün qiyabi olaraq veriləcəyini bildirilmişdi.

Əslən İran Azərbaycanının Zəncan vilayətindən olan fəal Pərisa Rəfii Tehran İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən “sistemə qarşı təbliğat”, “ictimai asayişi pozmaq” və “sözləşmə və toplaşma” kimi ittihamlarla suçlanaraq, 7 il həbs və 74 şallaq cəzasına məhkum edilmişdi.

Tehran Universitetinin incəsənət üzrə ixtisaslaşan Pərisa Rəfii 2018-ci il fevralın 25-də təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, 23 gün naməlum yerdə tək adamlıq həbsxanada saxlanıldıqdan sonra girov müqabilində sərbəst buraxılmışdı.

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın