Cümə , Oktyabr 16 2026
azfa

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

GADTB: ABŞ Maliyyə Nazirliyi: “İsrailə dəstək olaraq, 1 oktyabr raket hücumuna görə İranla əlaqəsi olan şirkətlərə və gəmilərə qarşı yeni sanksiyalar tətbiq etdik;

ABŞ-ın yeni sanksiyaları İranın neft və neft-kimya sektorlarını hədəf alır və Tehrana maliyyə təzyiqini gücləndirmək məqsədi daşıyır;

ABŞ Maliyyə Nazirliyinin qara siyahısına 16 şirkət və 23 şirkət əlavə edilib;

 Hədəf şirkətlər Malayziya, Honq-Konq, Marşal adaları, Liberiya, Hindistan, Surinam və BƏƏ-də yerləşir;

Embarqoya məruz qalan gəmilər Beliz, Panama, Barbados, Sent Kitts və Nevis, Liberiya, Kuk adaları, San-Tome və Prinsipi, San Marino, Malayziya və Kamerunun bayrağı altında hərəkət edirlər!”

ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatı da yayılıb.

Blinken qeyd edib ki, məhdudiyyətlərin məqsədi “İran iqtidarının öz nüvə proqramını və raket işlənməsini maliyyələşdirmək üçün istifadə etdiyi gəlir axınını pozmaq”, həmçinin Yaxın Şərqdə münaqişələri qızışdırmaqdır.

“Eyni zamanda, Maliyyə Nazirliyi Dövlət Departamenti ilə əlaqələndirmədə İran iqtisadiyyatının neft və ya neft-kimya sektorunda iştirak edən hər hansı şəxsə qarşı sanksiyaların tətbiqini başladacaq sərəncam verir”, – Blinken əlavə edib.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …