GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İrana silah embarqosu ilə bağlı layihəni BMT-yə göndərdiyini bildirir.
ABŞ Dövlət katibi Mayk Pompeo deyib ki, İrana qarşı silah embarqosunu uzatmaq üçün qətnamə layihəsini gələn həftə BMT Təhlükəsizlik Şurasına təqdim edəcəyik.
“BMT Təhlükəsizlik Şurasının missiyası beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır. Şura bir nömrəli terror dəstəkçisinə silah alıb-satmağa icazə verərsə, bu, təşkilatla bağlı mənfi fikirlərin formalaşmasına gətirib çıxarar. Bu və ya digər şəkildə doğru olanı edəcəyik. Silah embarqosunun uzadılacağına əmin olacağıq”, – dövlət katibi bildirib.