Cümə , Sentyabr 18 2026
azfa

Enerji çatışmazlığı üzündən Sofian şəhərinin elektrik stansiyası bağlandı

GADTB: İranda davam edən enerji çatışmazlığı üzündən Sofian şəhərinin elektrik stansiyası bağlandı.

Məlumata görə, Şərqi Azərbaycan əyalətinin Sofian şəhərinin elektrik stansiyası qaz çatışmazlığına görə bağlanıb.

Stansiyasının direktoru Əlirza Tağızadə məlumatı təsdiq edib.

“Sofian stansiyanın nominal gücü 100 meqavatdır və hər birinin gücü 25 meqavat olan dörd elektrik istehsal vahidindən ibarətdir. Hazırda bu stansiya elektrik şəbəkəsinin tələbatını ödəyə bilmir və fəaliyyəti dayandırılıb. Əslində, bu stansiya yanacaq çatışmazlığı səbəbindən bağlanan ondan çox elektrik stansiyasından biridir”,- o bildirib.

Ölkənin müxtəlif mənbələri elektrik enerjisi istehsal edən stansiyaların 80-90 faizinin təbii qazdan asılı olduğunu bildirirlər. Bu rəqəmlər ölkənin elektrik enerjisi istehsalı üçün təbii qaza ciddi şəkildə bağlı olduğunu göstərən əhəmiyyətli bir göstəricidir.

Qeyd edək ki, bir müddət əvvəl də Şərqi Azərbaycanın Heris şəhərində elektrik stansiyası fəaliyyətini dayandırmağa məcbur olub.

Elektrik Stansiyasının bağlanması bölgə əhalisinin elektrik enerjisi təminatında problemlər yaradıb, bir sıra istehsal müəssisələri bu səbəbdən zərər edib.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …