Çərşənbə , İyul 22 2026
azfa

ABŞ İranın dondurulmuş aktivlərini İran tərəfindən hücuma məruz qalan körfəz ölkələrinə verməyi düşünür

GADTB: ABŞ administrasiyası İranın Küveyt və Bəhreynə qarşı son raket və dron hücumlarının vurduğu ziyanın aradan qaldırılması üçün İranın dondurulmuş aktivlərindən istifadə imkanını nəzərdən keçirir. Bununla bağlı, “Reuters” agentliyi xəbər verir.

Məlumata əsasən, ABŞ-nin maliyyə naziri Skot Bessent aidiyyəti qurumlara mümkün yenidənqurma xərclərinin qiymətləndirilməsini tapşırıb. Bildirilir ki, müzakirə olunan mexanizm yalnız mövcud zərərləri deyil, gələcəkdə yarana biləcək zərərlərin kompensasiyasını da əhatə edə bilər.

Qeyd olunub ki, Vaşinqton dondurulmuş İran aktivlərinin bir hissəsinin Körfəz ölkələrinə dəymiş ziyanın ödənilməsi üçün istifadə olunması variantını araşdırır.

Həmçinin bildirilir ki, ABŞ administrasiyası həmin vəsaitlərin İranın bu ölkələrə qarşı əvvəlki hücumları nəticəsində yaranmış zərərlərin kompensasiyası üçün istifadə olunması məsələsini də nəzərdən keçirir.

Həmçinin yoxlayın

Azərbaycanlı fəallar ustad Yusif Fərzanə ilə görüşüb

GADTB: Azərbaycanlı mədəni və ictimai fəal nəşriyyat və mədəniyyət sahəsinin tanınmış simalarından olan ustad Yusif …

Sayın Mikayil bəy Oytadan beynəlxalq ictimaiyyət və dünya mediasına müraciət

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri …