Bazar ertəsi , Noyabr 9 2026
azfa

ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirməyə hazırlaşır

GADTB: “Nyu York Post” yazır ki, ABŞ İranın nüvə obyektlərində əməliyyat keçirmək üçün bir neçə min əsgər göndərməyi nəzərdən keçirir.

Bildirilib ki, əgər əmr verilərsə, ABŞ xüsusi təyinatlı qüvvələri İranın nüvə obyektlərindən zənginləşdirilmiş uranı ələ keçirmək üçün “hərb tarixinin ən mürəkkəb əməliyyatına” başlamağa hazır olacaqlar.

Məlumata görə, yerüstü əməliyyata minlərlə əsgər cəlb edilə bilər.

Onlar nüvə obyektlərinə basqın edəcək və onları təhlükəsizləşdirəcəklər. Kiçik bir xüsusi əməliyyat qüvvələri isə zənginləşdirilmiş uranı geri alacaqlar.

Qeyd edək ki, iyulun ortalarında “Voll Strit Jurnal” qəzeti ABŞ Prezidenti Donald Trampın əsas müşavirləri ilə keçirdiyi bir sıra iclaslardan sonra İrana qarşı əməliyyatların gücləndirilməsinə meylləndiyini bildirmişdi.

Ötən gün isə ABŞ Prezidenti Donald Trampın İrana qarşı əməliyyatların dayandırılması barədə əmr verdiyi xəbəri yayılıb.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …