Bazar ertəsi , Noyabr 9 2026
azfa

Rusiya İrana ABŞ bazalarına hücum üçün peyk görüntüləri verir

GADTB: Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkəsinin kəşfiyyat xidmətlərinə Rusiyanın İrana göstərdiyi yeni dəstəklə bağlı əldə olunan məlumatları beynəlxalq tərəfdaşlarla paylaşmaq barədə göstəriş verəcək.

Zelenskinin sözlərinə görə, Ukrayna iyul ayının əvvəlindən etibarən Rusiyanın Fars körfəzi ölkələri və bölgədəki ABŞ hərbi obyektləri üzərində aktiv peyk müşahidəsi apardığını qeydə alıb və həmin görüntülərin sonradan İranın ixtiyarına verildiyi müəyyən edilib.

Ukrayna Prezidenti qeyd edib ki, Rusiyanın bu obyektlər üzərində apardığı peyk çəkilişləri ilə İranın həyata keçirdiyi hücumlar arasında aydın əlaqə mövcuddur. Onun sözlərinə görə, görüntülər həm hücumlara hazırlıq mərhələsində, həm də sonradan zərərin qiymətləndirilməsi məqsədilə istifadə olunur.

Zelenski əlavə edib ki, təkcə iyulun 19–20-də Rusiyanın peykləri Bəhreyn, İordaniya və Küveytdə yerləşən dörd hava bazasını müşahidə edib.

Ukrayna Prezidenti vurğulayıb ki, dünya “şərin” daim genişlənməyə çalışdığı gerçəyinə göz yummamalıdır və Rusiyanın fəaliyyəti dayandırılmalıdır.

Həmçinin yoxlayın

Təbrizli gənc müğənni Fərzad Purəhməd vəfat edib – Video

GADTB: “Təbriz” mahnısının ifaçısı olan təbrizli sənətçi Fərzad Purəhməd 40 yaşında dünyasını dəyişib. O, yol-nəqliyyat …

İraq: “ABŞ İraqdan İranla demək olar ki, bütün sərhəd-keçid məntəqələrini bağlamağı tələb edib”

GADTB: İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib ki, Vaşinqton rəsmi şəkildə Bağdaddan İranla …