Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Tramp: Tələblərimizin 100 faizinə nail olmasaq, İranla genişmiqyaslı müharibə qaçılmaz olacaq

GADTB: ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər administrasiyası İranla aparılan danışıqlarda qarşıya qoyduğu məqsədlərə tam şəkildə nail olmasa, bu ölkəyə qarşı genişmiqyaslı hərbi əməliyyatlar yenidən başlanacaq.

Fransanın LCI telekanalının müxbiri X sosial şəbəkəsində yazıb ki, Trampla telefon danışığı zamanı ona ABŞ-ın İrana qarşı genişmiqyaslı müharibəni yenidən başlatma ehtimalı barədə sual ünvanlayıb.

ABŞ prezidenti cavabında bildirib: “Əgər istədiyimizin 100 faizini əldə etməsək, mütləq.”

Eyni zamanda, Axios saytı iki məlumatlı mənbəyə istinadən yazıb ki, Tramp cümə günü ABŞ ordusuna İrana qarşı yeni hücumlar həyata keçirməmək barədə göstəriş verib və bununla da təxminən iki həftə davam edən gecə hücumları dayandırılıb.

Nəşrin məlumatına görə, bu qərarın müvəqqəti olub-olmadığı və ya hücumlarda yaranmış fasilənin davam edib-etməyəcəyi hələlik məlum deyil.

Axios-un həmsöhbəti olan iki mənbənin bildirdiyinə görə, ABŞ ordusu genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalına qarşı müxtəlif planlar hazırlamaqda davam edir. Lakin Donald Tramp hələlik bu istiqamətdə hərəkətə keçilməsi barədə heç bir göstəriş verməyib.

Donald Tramp cümə axşamı Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib ki, İrana qarşı “xeyli daha ağır” hücumların başlanması barədə hələlik əmr verməyib və İran hakimiyyətinin danışıqlarda daha ciddi mövqe nümayiş etdirməsini nəzərə alaraq, hazırda bu prosesin nəticəsini gözləyəcək.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …