
GADTB: ABŞ Konqresinin respublikaçı üzvü Don Beykon İran müharibəsinə toxunaraq X platformasında yazıb: «Bu müharibənin ən yaxşı sonu İranda xalqın öz ölkələrini geri almasıdır. Donald Trampın məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaq və Hörmüz boğazını açıq saxlamaqdır.»
Beykon bildirib: «O vaxta qədər İnqilab Keşikçiləri Korpusunun əsas dayaqlarını hədəf almalı və onların iqtisadiyyatını məhv etməklə hakimiyyəti sabitsizləşdirməliyik.»
ABŞ Konqresinin üzvü əlavə edib: «İranda xalq İslam dünyasındakı digər ölkələrin xalqlarından daha çox ABŞ-ı dəstəkləyir. Onlar həmçinin öz azadlıqlarını istəyirlər. Molla rejiminin səkkiz ay əvvəl öz xalqından 30 mindən çox insanı öldürməsinin səbəbi də bu idi.»
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi