Çərşənbə , Oktyabr 14 2026
azfa

Trampın İrana qarşı yeni tədbirləri Çinə ciddi xəbərdarlıqdır

GADTB: Nüvə İranına Qarşı Birliyin (UANI) siyasi direktoru Ceyson Brodski ABŞ prezidenti Donald Tramp administrasiyasının İrana qarşı açıqladığı yeni iqtisadi tədbirləri şərh edib.

Brodski bildirib ki, yeni məhdudiyyətlər İranın ABŞ sanksiyalarından yayınmasına kömək edən Çin maliyyə institutları və bankları üçün “çox ciddi xəbərdarlıqdır”.

UANI rəsmisi Trampın paylaşımını şərh edərkən qeyd edib ki, Vaşinqtonun yeni tədbirləri İranla maliyyə əlaqələrində iştirak edən Çin banklarına birbaşa təsir göstərə bilər.

Brodski, habelə, İranın iqtisadi əlaqələrində mühüm rol oynayan İraq və BƏƏ-nin də ABŞ-nin yeni siyasətindən təsirlənə biləcəyini bəyan edib.

 Onun sözlərinə görə, BƏƏ ABŞ prezidentinin açıqlamasından əvvəl müəyyən qabaqlayıcı tədbirlər görməyə başlayıb./ Azad İran

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …