GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısına daha 5 İran müəssisəsini əlavə edib. Bu barədə qurumun saytında məlumat öz əksini tapıb.
Siyahıya “Shahid Eslami”, “Shahid Kharrazi Industries”, “Shahid Moghaddam Industries”, “Shahid Sanikhani Industries” və “Shahid Shustari Industries” müəssisələri əlavə edilib.
Bundan başqa, sanksiya siyahısına “terror fəaliyyəti” ilə əlaqəli 3 şəxs əlavə edilib.