Şənbə , Fevral 8 2025
azfa

ABŞ-nin yeni hökuməti İrana qarşı yeni sanksiyalar tətbiq etdi

GADTB: Reuters agentliyi ABŞ Maliyyə Nazirliyinin enerji, gəmiçilik və neft sektorlarında İrana qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.

Donald Tramp administrasiyasının Xəzinədarlıq Departamenti bildirir ki o, yüz milyonlarla dollar dəyərində milyonlarla barel İran neftinin Çinə ötürülməsində iştirak edən və İranın hərbi fəaliyyətləri üçün gəlir əldə edən beynəlxalq neft şəbəkəsinə sanksiya tətbiq edib.

Departamentin açıqlamasına görə, Tramp administrasiyasının yeni sanksiyaları Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla dünyanın müxtəlif bölgələrindəki bəzi şəxslər və şirkətləri hədəf alıb.

 ABŞ Maliyyə Nazirliyinin sözçüsü bildirib ki,  “Sepehr Energy” şirkəti və İran neftinin nəqlinə kömək edən gəmi donanması yeni sanksiyaların hədəfi olub./Azad İran

Həmçinin yoxlayın

Türkiyə “Tayfun” qırıcılarla birgə “Meteor” raketləri də alacaq

GADTB: Türkiyəyə 40 ədəd dördüncü nəsil “Tayfun” qırıcısının tədarükü ilə birgə MBDA şirkətinə məxsus “Meteor” …

Azərbaycana qarşı İran və Rusiya tərəfindən təhdid olduğu bildirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri …