Cümə axşamı , Noyabr 12 2026
azfa

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif yerlərində ABŞ maraqlarını və obyektlərini, o cümlədən ABŞ şirkətləri və qurumlarını hədəfə ala biləcəyini bildirib.

Xəbərdarlıqda Yaxın Şərqdəki ABŞ vətəndaşları bölgədə mürəkkəb təhlükəsizlik şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırılıb. Onlara mümkün uçuş ləğvlərinə, hava məkanının bağlanmasına və səyahət məhdudiyyətlərinə hazır olmaq tövsiyə edilib.

Virtual Səfirlik ABŞ vətəndaşlarına İrana səfər etməmək və ölkədə olanların dərhal oranı tərk etməsi barədə çağırışını təkrarlayıb. Açıqlamada İranın quru sərhəd-keçid prosedurlarının əvvəlcədən xəbərdarlıq edilmədən və ya çox qısa müddətdə dəyişə biləcəyi də qeyd olunub. /Azad İran

Həmçinin yoxlayın

Təbrizdə sürücülər sığortanın olmamasına və maaşların artırılmamasına etiraz olaraq tətilə başladılar – Video

GADTB: 1405-ci il aban ayının 20-də, çərşənbə günü günorta saatlarında Təbrizdə zibil, lil və tikinti …

62 günlük hüquqi mübarizədən sonra məhkəmə qərarı ilə Seginin valideyni övladlarına doğum haqqında şəhadətnamə ala biliblər

GADTB: Qərbi Azərbaycanda Qoşaçay (Miyandab) və Çarbürc VVAQ idarələrinin türk dilində olan “Sevgi” adı ilə …