Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə birləşə bilər. Bu barədə RBK rus alimlərinə istinadla məlumat yayıb.

Məlumata görə, son beş ildə Xəzər dənizinin səviyyəsi hər il orta hesabla 23 santimetr azalıb:

“Xəzər dənizinin dayaz ərazilərinin üstünlük təşkil etdiyi şimal hissəsində suyun dayazlaşması xüsusilə nəzərə çarpır. 2025-ci ildə Xəzər dənizinin səviyyəsi rekord həddə, 29,4 santimetr azalıb. Hazırkı azalma tempi davam edərsə, təxminən 20 il ərzində Xəzər dənizinin səviyyəsi daha 4,5 metr aşağı düşə bilər. Bu halda Nordovı adası quru ilə birləşərək yarımadaya çevriləcək”.

Qeyd edilib ki, Xəzər dənizinin dayazlaşmasının əsas səbəbi Volqa çayından gələn suyun azalması və buxarlanmanın güclənməsidir:

“Xəzər dənizinin səviyyəsinin azalması artıq ekosistemə mənfi təsir göstərir, balıqların kürü tökdüyü ərazilərin sahəsini daraldır, gəmiçiliyə və limanların fəaliyyətinə təhlükə yaradır”.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …