Çərşənbə axşamı , Mart 25 2025
azfa

ABŞ Rusiyan;n Qarabağın həllinə imkan vermədiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib:

“Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: “Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.

Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.

Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib.

Həmçinin yoxlayın

Molla rejimi zorla azərbaycanlı körpə “Sevda”ya “Sudi” adın doğum haqqında şəhadətnamə veriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Zəngandakı Vətəndaş Vəziyyıtlərinin Qeydiyyatı İdarəsinin …

Amerika İranın neft daşıyan gəmilərini ələ keçirib

GADTB: Amerika İranın gizli şəkildə və qanunsuz neft daşıyan neft gəmilərini ələ keçirib. Bu haqda …