Çərşənbə , Oktyabr 21 2026
azfa

ABŞ Rusiyan;n Qarabağın həllinə imkan vermədiyini açıqladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Rusiya Dağlıq Qarabağ ətrafında konfliktin nizamlanmasına yox, saxlanılmasına çalışır.

Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent deyib. O, Azərbaycan hakimiyyətinin Rusiya sülhməramlılarının Qarabağda qalmasından narazılığının artacağını gözlədiyini bildirib:

“Gürcüstan xarici işlər nazirinin müavinlərindən biri noyabrda belə dedi: “Bu, bizim 1998-ci ildə olduğumuz situasiyadır. Azərbaycan daha sonra bizim 2008-ci ildə olduğumuz situasiyada olacaq. Daha sonra o bizim indiki situasiyamıza gələcək”.

Bu, kifayət qədər bədbin, amma mümkün proqnozdur”.

Kent Rusiyanın Qarabağdakı konflikti manipulyasiya etməklə ondan fayda götürməyə, Azərbaycanla Ermənistanın irəli getməsinə imkan verməməyə çalışdığını deyib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …