Bazar ertəsi , Avqust 31 2026
azfa

ABŞ Senatı Trampın İranla bağlı müharibə səlahiyyətlərinin məhdudlaşdırılması təşəbbüsünə yenidən baxılmasını rədd edib

+GADTB: ABŞ Senatı yeni səsvermədə İranla bağlı prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdıran layihənin yenidən müzakirəsinə başlanmasına qarşı çıxıb. Səsvermənin nəticəsinə görə, 50 senator əleyhinə, 47 senator lehinə səs verib, 1 senator isə bitərəf qalıb.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl həmin qətnaməyə qarşı olduğunu bildirərək demişdi ki, onun qəbul edilməsi Vaşinqtonun İranla apardığı danışıqlardakı mövqeyini zəiflədə bilər.

Tramp yeni səsvermədə respublikaçı senatorların mövqeyini alqışlayaraq özünün sosial şəbəkəsində yazıb:

“Bu səsvermə İrana xəbərdarlıqdır.”

ABŞ Senatı daha əvvəl 50 lehinə və 48 əleyhinə səslə Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran qətnaməni qəbul etmişdi. Lakin çərşənbə günü keçirilən yeni səsvermədə senatorlar məsələnin yenidən gündəliyə gətirilməsinə qarşı çıxdılar və nəticədə layihə Senatın gündəliyinə daxil edilmədi.

Məlumata görə, bu iki səsvermə Konqresdə qanunvericilik prosesinin müxtəlif mərhələlərinə aid olub.

Sənəd əvvəlcə Nümayəndələr Palatasında qəbul edilmişdi və Tramp administrasiyasını ABŞ qüvvələrini İranla mümkün hərbi qarşıdurmadan çıxarmağa məcbur etməyi nəzərdə tuturdu. Yalnız Konqresin ayrıca icazəsi olduğu halda hərbi əməliyyatlara davam etmək mümkün olacaqdı.

Bu arada müxtəlif KİV-lərin məlumatına görə, Tramp çərşənbə günü Konqresdə olarkən bəzi respublikaçı senatorların İranla əldə olunan razılaşma ilə bağlı tənqidləri ilə üzləşib və qapalı görüş zamanı bir sıra senatorlarla sərt mübahisə edib.

Həmçinin yoxlayın

Meşkinşəhrin Cəbdərəq kəndində mədən fəaliyyətinə qarşı etiraz aksiyası keçirilib; “Süfrələrimizin çörəyini məhv etməyin”

GADTB: Meşkinşəhr rayonunun Cəbdərəq kəndinin bir qrup sakini “Colgehaye asimani” şirkətinin mədən fəaliyyəti və bunun …

ABŞ və molla rejimin qarşılığılı hücumları ilə gərginlik regionda artdı

GADTB: Bölgədə gərginliyin davam etdiyi bir vaxtda İran İslam Respublikasının silahlı qüvvələri İordaniya və Birləşmiş …