Cümə , Aprel 17 2026
azfa

ABŞ terrorçu Qüds qanadının yeni komandanına xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk İranın terrorçu Qüds qanadının yeni komandanına xəbərdarlıq edib.

O deyib ki, əgər İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının yeni komandanı İsmayıl Qaani amerikalıları öldürsə, onu sələfi Qasım Süleymaninin taleyi gözləyir.

O deyib: “Əgər Qaani amerikalıları öldürməyə davam etsə, onu eyni tale gözləyir. Prezident Tramp bir neçə il əvvəl izah edib ki, amerikalılar və ya ABŞ-ın maraqlarına istənilən hücuma qəti cavab veriləcək. Prezident bunu nümayiş etdirib. ABŞ İran xalqını dəstəkləməyə davam edəcək. İran xalqı ölkədəki mövcud rejimdən əziyyət çəkir”.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi Səğər Qulamidən heç bir məlumat verilmir

GADTB: Səğər Qulami adlı 19 yaşlı Türkmən əsilli gənc xanım bir neçə ay əvvəl keçirilən …

İranın neft ixracının dayanmasına iki aya qədər davam gətirə biləcəyi deyilir

GADTB: “Reuters”in yaydığı məlumata görə, ABŞ-ın İran limanlarına gedib-gələn daşımaları məhdudlaşdırması nəticəsində ixrac dayansa belə, …

Bir cavab yazın