Bazar ertəsi , Oktyabr 19 2026
azfa

ABŞ Türk dronlarına qarşı silahlar hazırlamağa çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin istehsal etdiyi Pilotsuz Uçuş Aparatlarının (PUA) ABŞ radarları tərəfindən təyin edilməsi faktı ortaya çıxıb.

Bu barədə ABŞ-ın hərbi müdafiə saytı olan “Defense News”də çıxan məqalədə bildirilib.

Sayt qeyd edib ki, ABŞ Avropalı müttəfiqlərini PUA-larla mbarizə mövzusunda təşviq edir.

Məqalədə Qarabağda baş verən müharibədə Qərb güclərinin lazımi dərslər aldığı da bildirilir.

İlk dron müharibəsi adı verilən Qarabağ savaşında Türk PUA-larının müvəffəqiyyəti ilə bağlı ABŞ-ın Avropadakı müttəfiqlərinə dronlara qarşı müqavimət imkanlarının artırılmasını üçün tövsiyələr etdiyi bildirilib.

Hazırlanan hesabatda ABŞ-ın Qara dəniz sahilində olan ölkələri PUA-larla mübarizəyə diqqət vermələri üçün dəstəklənməsi lazım olduğu ifadə edilib.

Həmçinin yoxlayın

Traxtur klubu irqçi təhqirlərə rəsmi etiraz etdi

GADTB: Azərbaycanın Traxtur futbol klubu “NO TO RACISM” (“İrqçiliyə yox!”) yazısı olan görüntünü rəsmi Instagram …

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …