Bazar ertəsi , İyul 22 2024
azfa

ABŞ Türkiyə sərhədinə 150 helikopter və tanklar toplayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Türkiyəyə qarşı 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır.

abş helikopterlərdən Yunanıstanda və digər Balkan ölkələrində keçiriləcək müxtəlif hərbi təlimlərdə istifadə etmək üçün yararlanacaq.

ABŞ hərbi texnikalarının Yunanıstanın Dədəağac limanına gətiriləcəyi bildirilib. Limana 110 “Blək Havk” və 25 “Apaçi” hücum helikopteri, 10 “Çinuk” ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi elan edilib.

Qeyd edək ki, daha öncə ABŞ Yunanıstanda keçirilən təlimlərdən sonra sözügedən limanda 30 ədəd “Blək Havk” hücum helikopterini saxlamışdı.

Həmçinin yoxlayın

Avropa Birliyi ölkələri Türkiyədən PUA alır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin PUA sənayesi …

Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

GADTB: Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, Ermənistanın konstitusiyası dəyişməlidir, çünki orada Azərbaycana qarşı birbaşa …