Çərşənbə axşamı , İyun 16 2026
azfa

Təbrizdə Beynəlxalq Ana Dili Günü münasibəti ilə müxtəlif aksiyalar davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Təbriz şəhərində Beynəlxalq Ana Dili Günü münasibətilə çeşidli aksiyalar davam edir.

Son günlər Təbriz şəhərinin müxtəlif bölgələrində divarlara Ana Dili Günü münasibətilə qrafitlər çəkilib və Azərbaycan türklərinin milli-mədəni hüquqları uğrunda çalışan siyasi məhbuslarla bağlı çox sayda şüarlar yazılıb.

Təbrizin müxtəlif bölgələrində divarlara əks etdirilən çoxsaylı qrafitlərdə “Mənim dilim haqq söylərdi- məni dilsiz qoydular” yazısı əks etdirilən qrafitlər əks etdirilib. Həmçinin Beynəlxalq Ana Dili Günü münasibətilə şəhərin küçələrinə aşağıdakı şüarlar yazılıb:

 “2 İsfənd Dünya Ana Dili Günü”

“Dilsiz yaşamaq olmaz”

“Türkcəm mənim səs bayrağımdır”

“Abbas bəy azad olsun” Təbrizin divarlarında yazılan şüarlardır.

Eyni zamanda Təbrizin eynalı dağlı və s. bölgələrində də Beynəlxalq Ana Dili Günü münasibətiləçoxsaylı şüarlar yazılmaqla İran rejimin Azərbaycan Türk Millətinin dilini qadağan etməsinə etirazlarını bildiriblər.

Həmçinin yoxlayın

Molla rejimin zindanlarında siyasi məhbuslar edama qarşı aclıq aksiyası keçirir

GADTB: Molla rejimin zindanlarında həbsdə olan siyasi məhbuslar bu gün səhər saatlarından başlayaraq İranın 56 …

ABŞ və İran rəsmiləri razılaşmanın bəzi müddəalarına fərqli yanaşır

GADTB: “Vol Strit Jurnal” ın yazdığına görə, Amerika Birləşmiş Ştatları ilə İran 14 iyun tarixində …