Cümə axşamı , Aprel 25 2024
azfa

ABŞ Türkiyənin təhlükəsizlik bölgəsilə bağlı planını qəbul etməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Suriyada Türkiyə ilə üzərində tam anlaşamadığımız bir təhlükəsiz bölgənin yaradılması ilə bağlı çalışırıq. Türkiyənin təhlükəsizliklə bağlı çox əhəmiyyətli narahatlıqları var. ABŞ Türkiyənin İŞİD-ə qarşı birlikdə savaşdığımız insanlarla (YPG/PKK –red.) əlaqədar narahatlıqlarını də anlayır.

Bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə-ABŞ İş Şurası və Amerika-Türk Şurası tərəfindən təşkil edilən 37-ci Ortaq İllik Konfransında çıxışı zamanı bildirib.

Türkiyə və ABŞ-ın keçmişdə və indi çox əhəmiyyətli geostrateji ortaqlığının olduğunu deyən Cefri Suriya böhranının kompleks xarakter daşıdığını, ABŞ-ın Suriyadakı missiyasına başa çatdırılması üçün Türkiyənin əhəmiyyətli rol oynadığını deyib.

“Türkiyə İran və Rusiya ilə birgə Astana qrupunun üzvü və Suriya əhalisinin təxminən yarısını təşkil Suriya müxalifətinin səsidir. Bu vəziyyət Birləşmiş Millətlər Təşkilatının Suriyadakı siyasi proseslərlə əlaqədar hədəfləri baxımından çox əhəmiyyətlidir”, – o söyləyib.

Cefri qeyd edib ki, ABŞ Türkiyə ilə YPG-nin olmayacağı bir təhlükəsiz bölgə mövzusunda çalışır.

“Bəşər Əsəd rejimi kimyəvi və nüvə silahlarından vaz keçməli, Suriya, terrorçular üçün bir sığınacaq olmamalı və buradaki iranlılar evlərinə geri dönməlidir”, – amerikalı rəsmi vurğulayıb.

Qeyd edək ki, Ankara Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgədə YPG terror təşkilatının döyüşçülərinin olması ilə heç bir halda razılaşmayacağını dəfələrlə ifadə edib. ABŞ Türkiyədən fərqli olaraq YPG-ni Suriyada əsas müttəfiqi hesab edir.

 

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın