GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vaşinqton Ankaranı Rusiyanın raket əleyhinə müdafiə sistemlərini almamağa çağırır.
Bu haqda ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Hatçison bildirib.
“Biz Rusiyanın istənilən növ zenit-raket sistemlərinin müttəfiq ölkələr tərəfindən alınmasından narahatıq”, – o deyib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ “Patriot” sistemlərinin alınması təklifinə baxacaq, ancaq “S-400” Rusiya komplekslərindən imtina etməyəcək.