Çərşənbə axşamı , Noyabr 17 2026
azfa

ABŞ və Britaniya İranın yeni raket sınağına etiraz etdi

GADTB: Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi bəyanatında deyib ki, İranın dağıdıcı hərəkətlərinə qarşı durmaq vacib xarakter alıb.

Sepah-ın hipersəs raketini istehsal etdiyinə dair iddialarına münasibət olaraq yayımlanan bəyanatda İranın regiondakı hərəkətləri ilə mübarizə aparıldığı bildirilib:

“Bayden administrasiyası fəaliyyətə başladığı gündən İranın regionda sabitliyi pozan fəaliyyətlərinə, xüsusən də bu ölkənin qabaqcıl ballistik raket proqramının inkişafına qarşı çox şəffaf, dəqiq və qətiyyətli olub. İddia edilən hipersəs raketlə bağlı xəbərlərin təfərrüatını müzakirə etməyəcəyəm. Biz sanksiyalarımızı çox açıq şəkildə tətbiq etmişik və İranın regiondakı fəaliyyəti, o cümlədən, ballistik raket proqramı ilə faktiki olaraq mübarizə aparırıq”, – Kirbi bildirib.

Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü də məsələ ilə bağlı açıqlama verərək, İran hökuməti və onun raket proqramını dünya üçün təhlükə adlandırıb:

“İran BMT Təhlükəsizlik Şurasının raket proqramını dayandırmaq üçün dəfələrlə tələb etməsinə baxmayaraq, yeni ballistik raket istehsal etdiyini açıqlayıb. Bu, İranın beynəlxalq prinsiplərə davamlı etinasızlığını və bu hökumətin beynəlxalq təhlükəsizliyi ciddi təhdid etdiyini göstərir”, – Britaniya Xarci İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

Qeyd edək ki, İran “Fəttah” adlı ilk hipersəs raketini sınaqdan keçirdiyini açıqlayıb.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …