Bazar , Sentyabr 20 2026
azfa

ABŞ Zəngəzura yerləşir, İran niyə susur

GADTB: ABŞ bir daha çıxmamaq şərtilə ilə Qafqaza yerləşir. Bunu da Ermənistan vasitəsilə həyata keçirir. Eyni addımları Rumıniya və Yunanıstanda da atıblar.

Bu sözləri Axar.az-a ABŞ-ın Zəngəzurda gizli hərbi baza qurması ilə bağlı yayılan məlumatlar haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz deyib.

General bildirib ki, bunun arxasında bir sıra strateji məqsədlər dayanır:

“Birincisi, İranı nəzarət altında saxlamaq, ikincisi, Türkiyəni şərqdən mühasirəyə almaq, üçüncüsü, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını əngəlləmək, münaqişə vəziyyətindən öz məqsədləri üçün istifadə etmək, sonuncusu isə Rusiyanı Gürcüstana doğru genişlənəcək şəkildə cənubdan mühasirəyə almaqdır. Bütün bunlar fonunda ABŞ-ın qapalı və açıq şəkildə Ermənistanı təlimlər, silah yardımı vasitəsilə dəstəkləyərək, bölgədə ədalətli sülh istəmədiyini açıq şəkildə deyə bilərik”.

Karauz İranın səssizliyinin ağlasığmaz davranış olduğunu vurğulayıb:

“İran heç vaxt güclü rəqib qarşısında səsini çıxara bilməyib. İranın dini lideri Xamenei Pezeşkianın andiçmə mərasimində Paşinyanı qəbul edib, Zəngəzur dəhlizinin açılmasının Ermənistanın milli təhlükəsizlik maraqlarına zərbə olması, sərhədlərin toxunulmazlığı və “qədim” dostluq, qardaşlıq barədə nağıllar danışdı. Amma Zəngəzurda ABŞ hərbi bazasının qurulmasının əsas hədəfinin İran olduğunu bilə-bilə bu haqda Ermənistana bir kəlmə belə etiraz bildirmədi, sanki dilini udub. Təsəvvür edin, ən böyük düşmən elan etdikləri ABŞ-ın belə orda olmağına razıdırlar, amma türkün Zəngəzurda olmasını milli təhlükəsizlik maraqlarına təhdid hesab edirlər. İran Suriya və İraqda olduğu kimi, məntiqə sığmayacaq addımlar atır”.

General qeyd edib ki, nəticə etibarilə ABŞ-ın Zəngəzura yerləşməsi hərbi üstünlüyü Ermənistanın xeyrinə dəyişə bilməz:

“Siyasi nəticələrinə isə Azərbaycan dövləti cavab vermək iqtidarına, gücünə sahibdir”.

Həmçinin yoxlayın

Azərbaycanlı idmanşı qız Eylin Zamani çempion oldu- Video

GADTB: Cənubi Azərbaycanın Təbriz şəhərindən olan idmançı qız Eylin Zamani böyük güclə meydana çıxaraq mübarizə …

Əhərdə Şeyx Şəhabəddin Əhəri tarixi türbəsinin ərazisində yeni tikinti türbəyə zərər yetirir

GADTB: Əhər rayonunda yerləşən Şeyx Şəhabəddin Əhəri türbəsinin ərazisində yeni tikinti işlərinin aparıldığını əks etdirən …