Bazar , Oktyabr 18 2026
azfa

Aclıq aksiyasına başlayan Saleh Molla Abbbasidən heç bir məlumat yoxdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi azərbaycanlı milli fəal Saleh Molla Abbbasi acılıq aksiyasına başlayandan sonra ailəsi ilə  əlaqə saxlamasına mane olub.

Son bir neçə gündə aclıq aksiyasına başladıqdan sonra fəala telefon əlaqəsinə qadağa qoyulub.

Güney Azərbaycanın Əhər şəhərindən olan və hazırda Təbrizdə rejimin ETTTELAAT İdarəsinin təcridxanasında həbsdə saxlanılan Saleh Molla Abbasinin ailəsi ilə telefon danışığına qadağa qoyulub.

Fəal 18 oktyabrda ona qarşı haqsızlıq və qanunsuzluqlara görə aclıq aksiyasına başlayacağını bildirmişdi.

Fəalın həyat yoldaşı Homeyra Turabi onun ETTELAAT məmurları tərəfindən saxlanıldığı zaman şəxsi əşyalarının, o cümlədən telefon və komputerinin də aparıldığını deyib.

Azərbaycanlı milli fəal Saleh Molla Abbasi oktyabrın 9-da Əhər şəhərində yerləşən şəxsi evində yaxalanıb.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …