Cümə , Aprel 26 2024
azfa

Alban ədəbiyyatının əhəmiyyəti

GADTB: Mxitar Qoşun “Törə bitiki”, Vanağanın, Kirakosun əsərləri, eləcə də alban dilində (qıpçaq – qarqar dilində) dövrümüzədək çatmış müxtəlif dualar, lüğətlər ən azı V əsrdən Albaniyanın (Quzey Azərbaycanın) dövlət, ədəbiyyat və təhsil dili olmuş qıpçaq – qarqar dilinin qrammatika, fonetika və leksikasını öyrənmək baxımından son dərəcə zəngin material verməkdədir.

Yeri gəlmişkən qeyd edək ki, erməni müəlliflərinin yazdığına görə, guya bu dilin və yazıların sahibləri özlərini türkcə “ermənilər” adlandrmışlar və sözügedən əsərləri yaradanlar ana dillərini unudub qıpçaq dilinə keçmiş ermənilərdir. Bunun belə olmadığını irəlidə görəcəyik.

Ermənilər, ümumiyyətlə, albanların guya artıq V – VI əsrlərdə erməniləşdiyini söyləyirlər. K.V.Treverin və İ.A.Orbelini kimi alimlərin fikrincə isə albanların erməniləşməsi VIII – X əsrlərdə baş

vermişdir. Z.Bünyadov və F.Məmmədova isə bu iddiaları inkar etsələr də, albanlarn artıq XII əsrdə erməni dilində yazdıqlarını söyləyir və dolayısı ilə “erməniləşmə”nin başlanğıcınıı həmin dövrlə bağlayırlar.

XII – XIII əsrlərə aid alban müəlliflərinin, o cümlədən Mxitar Qoş və Kirakos Gəncəlinin əsərlərinin tədqiqi bu iddiaların heç birinin doğru olmadığını ortaya qoymuşdur, yəni bu iddialar digər

erməni saxtakarlıqları kimi uydurmadan başqa bir şey deyil. Bizim alimlərimizin də təqribən eyni mövqedən çıxış etməsinə, sadəcə vaxt məsələsində erməni alimlərindən fəqli mövqe sərgiləməsinə gəlincə isə, bu, məlumatsızlıqdan qaynaqlanmışdır. Məhz məlumatsızlıq ucbatından Azərbaycan tarixşünaslığında albanların guya qafqazdilli olmaları barədə kökündən səhv bir fikir də möhkəmlən-

mişdir. Bu yanlış fikrin qızğın tərəfdarlarından biri də Fəridə xanımdır.

Həm Mxitar Qoş, həm də Kirakos Gəncəli özlərini alban adlandırıblar, Albaniyadan “bizim ölkə”, “bizim Alban ölkəsi” və ya “bizim Şərq ölkəsi” deyə söz açıblar.

Məsələn, “Törə bitiki” nin XIII əsrdə Smbat Sparapetini tərəfindən erməni dilinə edilən tərcümə mətnindən Mxitar Qoşun belə yazdığı məlum olur:

“Biz bu işə erməni təqviminin 633-cü ilində – bundan bir dövr (532 il) çıx, bizdə (albanlarda) kiçik təqvim adlanan (alban təqvimi) təqvimin 101-ci il edəcək, – rum tarixi ilə… Bizim xanlıqda (Alban xanlığında) dərəbəyliyin hökm sürdüyü,

Xaçında bəzi bəylərin – Əsən adlanan bəy və oğlu Vaxtanqın Xayterk adlanan qalada oturub başqa bəylərə hökm etdikləri, Kilikiyada böyük bəy Rubenin hakim olduğu dövrdə, müzəffər Georgi xanın öldüyü, Ərməniyyədə Qriqorinin, bizim Albaniya ölkəsində isə Stefannosun patriarx olduqları ildə…”

Kirakos Gəncəli isə Özünün “Alban ölkəsinin qısa tarixi” adlı kitabnın “Yadellilər tərəfindən sıxışdırılan alban katalikoslarının böyük bəylərə sığınmaları barədə” başlıqlı Vl fəslində belə yazmışdır:

“Cənub qəbilələrindən ərəblərdən  ən çox pislik görən və təqiblərə məruz qalan… Albaniya idi. Belə ki, bizim xanlarımız qırılmış, alban katalikosları isə orada burada daldalanmağa məcbur olmuşdular və daimi yerləri yox idi…”

Qeyd etmək lazımdır ki, əldə olan əlyazmaların böyük əksəriyyəti Qafqazdan indiki Ukrayna ərazisinə köçmüş xristian qıpçaqların(albanların) həmin ərazidə ərsəyə gətirdikləri sənədlərdir. Bu sənədlərdə həmin xalq öz ana dilini nə “erməni dili”, nə də “alban

dili” adlandırır. Danışdıqları dili bəzən “xıpçax tili” (qıpçaq dili), bəzən sadəcə “bizim til”, XVI əsrdən etibarən isə bəzən həm də “tatarca” adlandırırlar və özlərini ermənilərdən ayırırlar:

“Tügəlləndi Boğos arakelninq bitiki tarkmanel bolğan ermeni tilindən xıpçax tilinə xolu bilə yazıxlı da arzanisiz Mikayel kahananınq Kosta oğlununq …”

“Tamamlandı həvvari Pavelin məktubunun erməni dilindən qıpçaq dilinə tərcüməsi günahkar və layiq olmayan kahin Mikayıl Kosta oğlunun əli ilə…”

Başqa bir misalı gözdən keçirək:

“…Tilindən ermenininq latingə çıxarğandır, Latindən polskiygə, a polskiydən bizim tilgə …”

“…Dilindən ermənilərin latın dilinə tərcümədir, latıncadan polyak dilinə, polyak dilindən isə bizim dilə…”

A. Qarkavets haqlı olaraq yazır:

“Tərcüməçilər öz doğma qıpçaq dilini təkcə monqol-tatar hücumlarından sonra “tatar” adlandırılmağa başlanan türk qar-

daşlarının dilinə çox yaxın olduğuna görə “tatarca” adlandırmırdılar, həm də, ən əsası, onu … erməni dilindən… fərqləndirmək üçün edirdilər”.

Eyni zamanda, ermənilərin də onları özlərindən ayrı bir millət saydıqlarını əldə olan sənədlər, məsələn, dövrümüzədək ulaşmış beş erməni(hay) – qıpçaq lüğətinin birinin titul vərəqəsində erməni

dilində yazılmış aşağıdakı sözlər də təsdiqləyir:

“Batmutiun hayi ev xipçax lezui” (hay və qıpçaq dillərində izahlar)

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …